Qarabağ mətbəxinin “QƏLYA”sı necə hazırlanır? - VİDEO

Hazırda oxunan: Qarabağ mətbəxinin “QƏLYA”sı necə hazırlanır? - VİDEO

4070

Azərbaycan mətbəxinin namı bütün dünyada demək olar ki, məşhurdur. Azərbaycanın hər bölgəsinin özünəməxsus təamları var.

Bizim.Media olaraq zaman-zaman oxucularımızı “Qarabağ süfrəsi”nə dəvət edəcəyik. 
Zəngin Azərbaycan mətbəxinin tərkib hissəsi olan Qarabağ mətbəxinin kulinariya tariximizdə öz əvəzolunmaz yeri var. 

Bu siyahıda Qarabağın mirvarisi sayılan Şuşa mətbəxi isə xüsusi ilə seçilir. Şuşa mətbəxi hər zaman özünəməxsusluğu və qeyri-adi dadları ilə ən gözəl süfrələrə başçılıq edib. Bunun səbəbi orta əsrlərə gedib çıxır. Xanlıq dövründə Şuşaya o dövrün sayılıb-seçilən qonaqları gəlirdi.

Gələn qonaqları razı salmaq üçün xüsusi və qabiliyyətli aşpazlar Şuşaya toplaşırdılar. Bu da zaman keçdikcə Şuşa mətbəxini tamamilə zəngilləşdirərək, növbənöv təamların yaranmasına zəmin yaradıb. Bölgənin kabab və plovlarının dadı tək Azərbaycana deyil, əcnəbi ölkələrdə də məşhur olub.

Bu gün sizə təqdim edəcəyimiz Qədim Şuşa yeməklərindən biri olan “Qəlya”dır. Bu yemək əsasən quzu ətindən hazırlanır. 500 qram quzu əti bişirilir. Yağa düşəndə içərisinə bişmiş şabalıd, gavalı turşusu, heyva doğranıb tökülür. Zəfəran, darçın, duz, istiot əlavə edilir”.

Nuş olsun!

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin