Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun hündürlükdən yıxılaraq ağır xəsarət alan qardaşı Pərviz İsgəndərov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun əmisi oğlu Vəli İsgəndərov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid qardaşının ölüm xəbəri YALAN İMİŞ... - ATASI DANIŞDI - FOTO
Məlumata görə, Pərviz İsgəndərov həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov sentyabrın 25-də yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq xəsarət alıb. O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. (APA)
Bizim.Media