Gəncənin “Kimyaçılar” küçəsi genişləndirilir

Hazırda oxunan: Gəncənin “Kimyaçılar” küçəsi genişləndirilir

40686

Moderator.az-a daxil olan məlumata görə, Gəncədə quruculuq işləri, habelə yol strukturunun bərpası ilə bağlı yeni layihəyə start verilib. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədovun GanjaNews.az saytına verdiyi məlumata əsasən, hazırda eni 10 metr olan “Kimyaçılar” küçəsi genişləndirilərək 24 metrə çatdırılacaq. Küçənin səkiləri yenidən qurulacaq və yolun işıqlandırılması üçün dirəklər yolun orta hissəsində qoyulacaq. Tam müasir görkəm alacaq küçənin başlanğıcında olan dairədə, Gəncənin 14 metr diametrində və 12 metr hündürlüyündə  fəvvarə inşa ediləcək.

Hazırda adıçəkilən küçədə yol yatağının tikintisi məqsədilə 3 metrə qədər dərinlikdə olan torpaq qatı qazılaraq götürülür və yerinə qum-çınqıl qarışığı əlavə edilir.

Bundan başqa “Kimyaçılar” küçəsinin sağ hissəsində təxminən 1,5 hektar ərazidə parkın salınması nəzərdə tutulub. Abadlaşdırılmasına başlanılan 2.300 metr uzunluğunda olan yolun Tağı Arani və Şah İsmayıl Xətai prospekti ilə kəsişmələrini əhatə edən yollara da asfalt salınacaq.

Qeyd edək ki, yolun abadlaşması həm tıxacların qarşısını alacaq, həm də sürücülərin daha da rahatlığını təmin edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin