Bakının daha bir təhsil müəssisəsində şagirdlər arasında koronavirusa yoluxma faktı aşkarlanıb. Bu səbəbdən bir sinif fəaliyyətini dayandırıb. Söhbət Xətai rayonu ərazisində yerləşən Kaspi Liseyinin Ağ şəhər filialının 7-ci sinfindən gedir.
Bizim.Media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə bu gündən etibarən həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
MÖVZU İLƏ BAĞLI:
Müəllim işləmək istəyənlərin diqqətinə: Bu gündən vakansiya seçimi başlayır
Xatırladaq ki, yeni tədris ili başlayandan bir neçə təhsil müəssisəsində virusa yoluxma faktı qeydə alınıb.
Son olaraq Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində, Baku-Oxford School-da, 162 nömrəli tam orta məktəbin 8 ç sinfində şagirdlərin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün 14 gün müddətində karantinə bağlanıb.
Qeyd edək ki, təhsil müəssisələrində təhsil əyani formada tədris olunur.
Alçina Amilqızı, Bizim.Media