“Dərnəgül yolu” mayda açılır, Babək prospekti bağlanır

Hazırda oxunan: “Dərnəgül yolu” mayda açılır, Babək prospekti bağlanır

40665
Nəqliyyat Nazirliyi 2014-cü ilin mayında Ziya Bünyadov prospektinin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Moderator.az-ın  məlumatına görə, bu barədə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, Ziya Bünyadov prospektinin yenidən qurulması başa çatdıqdan sonra Nəqliyyat Nazirliyi Babək prospektində yenidənqurma işlərinə başlamağı planlaşdırır.
Nazir müavini deyib ki, hazırda yenidənqurma işlərinin layihəsi üzərində iş gedir. Onun sözlərinə görə, prospektdə işlərin aparılması zamanı hərəkətin qismən və ya tam məhdudlaşdırılması barədə layihələndirmə başa çatdıqdan sonra danışmaq olar: "Babək prospekti ölkənin mühüm nəqliyyat "damarı"dır, ona görə də onun yenidən qurulması vacibdir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin