Xəbər verildiyi kimi tanınmış yazıçı Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirilib.
Bizim.Media-ya bu barədə danışan atası, şair Qəşəm Nəcəfzadə oğlunun içki düşkünü səbəbindən vəziyyətinin ağırlaşdığını və bu gün günorta saatlarında Maştağadakı Narkoloji Dispanserə yerləşdirildiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Kəramət Böyükçöl Narkoloji Dispanserə YERLƏŞDİRİLDİ - FOTO
Oğlunu hələki ziyarət etmədiyini deyən şair Kəramət Böyükçölün bir müddət orada müalicə alacağını bildirib:
“Problemi içki və ancaq içki idi. Vəziyyəti ilə bağlı xəbərim yoxdur. Səhər tezdən aparıblar. Müalicə almalıdır”.
Qeyd edək ki, Kəramət Böyükçöl zaman-zaman qalmaqallı məsələlərlə bağlı gündəmə gəlir.
Alçina Amilqızı, Bizim.Media