"Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"yə dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara dəyişikliklə Əsasnamənin "Müharibə veteranları” hissəsinə yeni bənd əlavə edilib.
Yeni bəndə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:13 / 07.10.2021
“Müharibə veteranı” adının verilməsi qaydasına DƏYİŞİKLİK EDİLDİ
Hazırda oxunan: “Müharibə veteranı” adının verilməsi qaydasına DƏYİŞİKLİK EDİLDİ
Hazırda oxunan: “Müharibə veteranı” adının verilməsi qaydasına DƏYİŞİKLİK EDİLDİ
40581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.