Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişib.
Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə biləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:05 / 07.10.2021
Şəhid və şəhid ailəsi statusunun verilmə qaydası dəyişdi - QƏRAR
Hazırda oxunan: Şəhid və şəhid ailəsi statusunun verilmə qaydası dəyişdi - QƏRAR
Hazırda oxunan: Şəhid və şəhid ailəsi statusunun verilmə qaydası dəyişdi - QƏRAR
40579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.