"Bakıda da bayrağmızı erməni və ya yəhudi cırmır ki?"

Hazırda oxunan: "Bakıda da bayrağmızı erməni və ya yəhudi cırmır ki?"

40474

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Moderator.az-da bayrağmızla bağlı gedən yazıya biganə qala bilməyərək mövqe bildirib və baş verənlərə etirazını bizimlə paylaşıb:

“Burada yəhudilərin heç bir günahı yoxdur.Protokol qaydası var görüşlərdə. Hər tərəfin nümayəndəsi bu bayraqları görüşdən qabaq asır. Siz bu gün dövlət məmurlarından soruşun Azərbaycanın dövlət bayrağında olan 3 rəngin mənasını. Görün bircə faizi biləcəkmi?

2000-ci ilin ortalarında mən prokurorluqda işləyəndə attestasiya keçirilirdi.Bütün prokurorluq əməkdaşlarından təklif olundu ki,Azərbaycanın Dövlət himninin sözlərini oxusunlar. Heç biri bilmədi. Bu gün sual verin görün biri himnimizin sözlərini bilirmi? (Sözləri kimindi,müsiqisini kim yazıb, deyə bilməzlər). Qəribəsi odur ki, mən türmədə olanda karantində cinayət etmiş şəxslərdən də himnimizin sözlərini soruşanda heç biri bilmirdi. Bütün bunu dərin kökləri var. Gəlin öz milli günahlarımızı ermənilərdə, yəhüdilərdə və yaxud başqalarında axtarmayaq.Təqsir bu Azəri milləti (türk) adlanan millətdədi. Bir el misalı var ki, nə atarsan aşına , o da çıxar qaşığına. Baxın mitinqlərdə polislər və milləti bəlli olmayan mülki geyimdə olanlar hansı səbəbdən mitinqçilərin əlindən Azərbaycan bayrağını alıb cırırlar. Bunu da yəhüdilər,ermənilər edir? Bəziləri hələ anlamır ki,Dövlətin milli bayrağı o dövlətin qeyrətidi. Gəlin oMilli və Dövlət qeyrətini uca saxlayaq.Yoxsa hər zaman, hər yerdə milli qeyrətimizi başı aşağı asacaqlar.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin