Ana həbsxanadakı oğluna çəkmənin içində psixotrop maddə keçirmək istədi - FOTO

Hazırda oxunan: Ana həbsxanadakı oğluna çəkmənin içində psixotrop maddə keçirmək istədi - FOTO

40463

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Şirvanda "patı" satan qadın tutuldu - FOTO


Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs İlkin Tacəddin oğlu Cəfərova anası Lənkəran şəhər sakini Bilqeyis Hüseyn qızı Şəfiyeva tərəfindən poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan qış çəkməsinin içərisində gizlədilən sellofan bükülüdə ümumi çəkisi 0,023 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin