“Müstəqillik Günü haqqında” qanun layihəsi MM-in iclasına tövsiyə edildi - FOTO

Hazırda oxunan: “Müstəqillik Günü haqqında” qanun layihəsi MM-in iclasına tövsiyə edildi - FOTO

40450

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasın müzakirəsinə ilk olaraq “Müstəqillik Günü haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Əli Hüseynli bu il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilməsinin 30 ilinin tamam olacağını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

İctimai birliklər və dini qurumlar komitəsinə yeni üzv seçiləcək


Qeyd edilib ki, sənəddə mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur.

Deputatlar qanun layihəsini baxılmaq üçün birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra komitədə gündəlikdə dayanan digər üç qanun layihəsinə baxılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti iki qanun layihəsinin birinci oxunuşda olduğunu və texniki xarakter daşıdığını bildirib.

Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi xüsusi qaydada hakim təyin olunan şəxslərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajının onların hakimlik stajına hesablanması ilə bağlı, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi isə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

Məlumat verilib ki, ikinci oxunuşda olan Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır.

Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin