Ramiz Həsənov: "Azərbaycanda halal kolbasa istehsal edən müəssisə yoxdur"

Hazırda oxunan: Ramiz Həsənov: "Azərbaycanda halal kolbasa istehsal edən müəssisə yoxdur"

40438
"Azərbaycanda halal standartına cavab verən kolbasa və sosis istehsal edən müəssisə yoxdur". Â«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, Komitə 2012-ci ildə bununla bağlı müvafiq standart qəbul edib: «Lakin bu günə qədər bizdən halal standart alan bir dənə də olsun müəssisə olmayıb».

R.Həsənovun dediklərinə görə, baxmayaraq ki, bu gün bir çox şirkət istehsal etdiyi kolbasa və sosislərin üzərində «halal» sözü yazır. Bu standart deyil, bu bir brend kimi buraxılır. Biz də onlara məsləhət görürük ki, belə etməsinlər və istehsal etdikləri ət məhsullarının üzərinə halal sözü yazmasınlar. Çünki bu məhsullar halal deyil».

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin