Əsgərlərimiz erməni hərbi maşınını məhv edib

Hazırda oxunan: Əsgərlərimiz erməni hərbi maşınını məhv edib

40422

Cəbhə xəttində baş verən atışma zamanı Azərbaycan Silahlı qüvvələri Ermənistan ordusunun maşınını vurub. Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında Tovuzun cəbhə xəttində gedən şiddətli atışma zamanı baş verib.

Qeyd edək ki, ötən gecədən başlayaraq erməni silahlı qüvvələri Tovuzun cəbhə xəttinə yaxın kəndləri atəşə tutub. Ermənilər təxminə 10 saata qədər Tovuzun Əlibəyli, Hacallı, Muncuqlu, Ağdam və Qaralar kəndlərini atəş altında saxlayıblar.

Ermənilərin açdığı atəş nəticəsində Tovuzun Əlibəyli kənd sakini, 28 yaşlı Hüseynova Ruhəngiz Əhməd qızı ayaq nahiyəsindən yaralanıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin