Xəbər verdiyimiz kimi, bu gün AZAL Naxçıvana uçuşları Ermənistanın hava məkanından istifadə edərək həyata keçirib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə isə bir qrup şəxs bunu İranın Azərbaycanın hərbi yüklərinin daşınması üçün hava məkanını bağlaması ilə əlaqələndirib.
İddia olunub ki, İranın bu qadağasından sonra Azərbaycan qısa müddətdə Ermənistan hava məkanından uçuşlara başlayıb. Şərhlərdə qeyd olunur ki, İran üzərindən mülki, yəni sərnişin uçuşlarına da qadağa qoyulub.
AZAL-dan bildirilib ki, sərnişin təyyarələrimiz İranın hava məkanından istifadə edə bilir:
“Bunu “Flightradar” sisteminə baxış keçirəndə də görmək mümkündür. AZAL-ın İran hava məkanından istifadə edərək sərnişin daşımasına hər hansı qadağa yoxdur”.
Qeyd edək ki, oktyabrın 6-dan etibarən AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobuslar da keçid üçün İran ərazisindən istifadə edir.
Bu marşrutla hər gün Bakıdan Naxçıvana iki avtobus yola düşür. Biləsuvar gömrük keçid məntəqəsində sərnişinlər PCR testindən keçirlər. Azərbaycan vətəndaşları üçün test pulsuzdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:58 / 06.10.2021
İran üzərindən Naxçıvana mülki uçuşlara qadağa qoyulmayıb - RƏSMİ
Hazırda oxunan: İran üzərindən Naxçıvana mülki uçuşlara qadağa qoyulmayıb - RƏSMİ
Hazırda oxunan: İran üzərindən Naxçıvana mülki uçuşlara qadağa qoyulmayıb - RƏSMİ
0:00
0:00
40407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.