Dövlət ittihamçısı Azərbaycandan olan 17 yaşlı Volqoqrad Tibb Universitetinin tələbəsi Timur Qavrilovun qatili üçün 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Volqoqrad vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidmətindən jurnalistlərə məlumat verilib.
Prokuror 20 yaşlı Timur Qavrilovu qətlə yetirmiş Vitali Vasilyevin milli ədavət zəminində qətl, qanunsuz silah hazırlama və gəzdirmə maddələri ilə təqsirli sayaraq, 20 il müddətinə azadlıqdan məhrum edilməsini və 150 milyon rubl təzminat ödəməsini istəyib.
MÖVZU İLƏ BAĞLI:
Rus milliyyətçisi azərbaycanlı tələbəni bıçaqlayaraq öldürdü - FOTO
Zərərçəkən tərəfin nümayəndəsi V.Vasilyevin ömürlük azadlıqdan məhrum edilməsi və 2 milyon rubl cərimə ödəməsi təklifini irəli sürüb.
Cinayət işi ilə bağlı növbəti məhkəmə iclası oktyabrın 12-ə təyin edilib.
Xatırladaq ki, 2020-ci il iyunun 12-də Volqoqradda Tibb Universitetinin 17 yaşlı tələbəsi, əslən Azərbaycandan olan Timur Qavrilov vəhşicəsinə qətlə yetirilib. Ona yaşadığı yataqxananın yaxınlığında çoxsaylı bıçaq zərbələri endirilib.
T.Qavrilovu qətlə yetirən Vitali Vasilyev sonradan Volqoqrad vilayətindən Smolenskə qaçıb və orada polis tərəfindən yaxalanıb.
Timur Qavrilovun nəşi Azərbaycana gətirilərək, doğulduğu Gəncə şəhərində dəfn edilib.
Bizim.Media