Həbsdə olan sabiq gömrük əməkdaşları koronavirusa yoluxdu

Hazırda oxunan: Həbsdə olan sabiq gömrük əməkdaşları koronavirusa yoluxdu

40276

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən Orxan Zöhrabov və Emin Xəlilov koronavirusa yoluxduğu üçün prosesə qatılmayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Həbsdə olan vəzifəli şəxs öldü - FOTO 


Prosesdə iştirak edən O.Zöhrabov və E.Xəlilovun vəkilləri müvəkkillərinin sağlıq durumunu nəzərə alaraq, onların ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib və proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Həmin şəxslər barəsində 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin