“Odlar Yurdu” GİB Beynəlxalq Şəbəkədə təmsil olunacaq

Hazırda oxunan: “Odlar Yurdu” GİB Beynəlxalq Şəbəkədə təmsil olunacaq

40274

Gəncədə fəaliyyət göstərən gənclər təşkilatı Azərbaycanı xaricdə daha fəal təmsil etməyə xidmət edəcək. Bu barədə Moderator.az-a daxil olan məlumatda deyilir:

“Odlar Yurdu” Gənclər İctimai Birliyi  bu günlərdə daha bir uğura imza atıb. Belə ki, Birliyin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Kamran Məmmədov 14 ölkənin üzv olduğu "United Youth Union" Beynəlxalq Şəbəkəsinin Azərbaycan üzrə prezidenti seçilib. Bu şəbəkə "OdlarYurdu" Gənclər İctimai Birliyinin tərkibində fəaliyyət göstərəcəkdir. Birlik olaraq Azərbaycanın Şəbəkədə daha fəal təmsil olunmasına xidmət edəcəkdir.

Təşkilat gəncləri və təşkilatları Avropa İttifaqının yeni “Erasmus +” proqramı ilə əlaqələndirəcək və şəbəkə layihələrin inkişaf etdirilməsi, gənclərin fəaliyyətini artırılması, gənclərin birgə iştirakının təmin edilməsi və digər proqramların inkişafı məqsədilə müxtəlif fəaliyyətlər icra edəcəkdir. Yaxın zamanlarda yaranmış qurumun idarə heyəti tərkibi üçün görüş keçirilməsi də nəzərdə tutulur.

Onu da qeyd edək ki, bu Şəbəkənin Beynəlxalq baş ofisi Xarvatiyada yerləşir və INSPIRE təşkilatı adı altında qeydiyyatdan keçib. Kamran Məmmədov isə SALTO YOUTH Mübadilə Şəbəkəsində Azərbaycan üzrə seçilmiş yeganə beynəlxalq təlimçisidir”.

 

Şamil

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin