Nəqliyyat Nazirliyindən xırda sahibkarlara zərbə

Hazırda oxunan: Nəqliyyat Nazirliyindən xırda sahibkarlara zərbə

40260

Nəqliyyat Nazirliyi xırda sahibkarların fəaliyyətini məhdudlaşdıran yeni bir addıma imza atıb. 

Bu barədə Moderator.az-a özəl mənbədən daxil olan məlumata görə, bundan sonra xırda sahibkarlar öz fəaliyyətlərini davam etdirmək üçün daha iri şirkətlərin ətrafında birləşməli, öz fəaliyyətlərini onların fəaliyyətinə uyğunlaşdırmalıdırlar: 

“Nazirlik hesab edir ki, belə bir yeniliyə səbəb şəhərdaxili nəqliyyat sistemində kiçik pay sahibi olan xırda sahibkarların fəaliyyətinin o qədər də rentabelli olmaması, habelə, irili-xırdalı onlarla şirkətin fəaliyyətini tənzimləməyin çətinliyidir. Bu səbəbdən də nazirlik daha rentabelli fəaliyyət göstərə bilməyən şirkətləri iri şirkətlərin ətrafında birləşməyə vadar etməklə nəqliyyatın təşkili və idarəedilməsini asanlaşdırmağa çalışır. Kiçik sahibkarlar isə hesab edir ki, nazirliyin bu addımı faktiki olaraq onların sahibkarlıq hüququnu məhdudlaşdırmağa və xırda sahibkarları iqtsadi baxımdan müflis etməyə xidmət edir. Xarici ölkələrin əksəriyyətində xırda və orta sahibkarlığın dəstəkləndiyinə diqqət çəkən xırda sahibkarların qənaətincə, nazirliyin bu addımı nəqliyyat sektorunun daha da inhisarlaşmasına gətirib çıxardacaq”.

 

 

Şamil


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin