Vətən Müharibəsi qəhrəmanlarına ŞAD XƏBƏR - GÜZƏŞT OLACAQ

Hazırda oxunan: Vətən Müharibəsi qəhrəmanlarına ŞAD XƏBƏR - GÜZƏŞT OLACAQ

40110

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyası yaradılıb.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair aşağıdakı tərkibdə Əlaqələndirmə Komissiyası yaradılıb. 

Komissiyanın sədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri:  

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini 

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini 

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini 

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini 

Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini 

Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini 

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini 

Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini 

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini 

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini 

Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini 

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini 

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini. 

Komissiyaya tapşırılıb ki, vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının)  fəaliyyətinin əlaqələndirilməsini həyata keçirsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin