“Şuşanın alınması elan olunanda qucaqlaşıb ağladıq” – “Ahıllar Evi”nin SAKİNLƏRİ 

Hazırda oxunan: “Şuşanın alınması elan olunanda qucaqlaşıb ağladıq” – “Ahıllar Evi”nin SAKİNLƏRİ 

40099

Onlar bizim çox yaxın keçmişimizdir, adət-ənənələrimizin daşıyıcılarıdır, onlardan öyrənə biləcəyimiz çox şey var...

“Ahıllar evi”-nin sakinlərinin dövlətin qayğısı ilə əhatələndiyini bilsək də, cəmiyyət olaraq tənha yaşlılarımızdan narahatlığımız daim mövcuddur. 

Necə yaşayırlar, nə ilə məşğul olurlar, darıxmırlar ki, nəyəsə ehtyacları varmı?

Bu naharatçılığa işıq tutmaq üçün Bizim.Media “Ahıllar evi”ndə qonaq olub, sakinlərlə söhbətləşib.
 

MÖVZU İLƏ BAĞLI:

44 günlük II Qarabağ müharibəsi QÜRUR verən rəqəmlərdə - ARAŞDIRMA


İlk mövzumuz da bəşəriyyəti sarmış pandemiya ilə bağlı oldu. Axı koronavirus xarici ölkələrin ahıllar evlərində tuğyan etdi və yüzlərlə can aldı. Bizim müəssisədə isə bir nəfər belə koronavirusa yoluxmadı. Bu necə oldu?

Quluzadə Məlakə: “Koronavirusun yayıldığı ilk günlərdən bizim qorunmağımız üçün şərait yaradıldı. Yeməklərimiz otaqlarda verildi, çölə çıxmamağımız, başqaları ilə ünsiyyətimizin olmaması üçün hər bir tədbir görüldü.  Ərzaqlar maşınlarla həyətə gətirilirdi. Ona görə də indiyə qədər bizdə bir nəfər də olsun belə koronavirusa yoluxmadı”.

Elmira Məhərrəmova: “Buranı “Ahıllar Evi” adlandırırlar, amma bura əsl sanatoriyadır. Biz qoca kimi yaşamırıq. Düzdür, yanımıza gəlib-gedənlər də çox olur, amma bizə hamıdan yaxşı müdürümüz baxır. Düzdür Samirə xanım (Müəssisənin rəhbəri Samirə Mehdiyeva) bizdən dəfələrlə balacadır, amma o uşaq kimi bizim qayğımıza qalır. Nazımızı çəkir. Hətta sərt karantin dövründə bizimlə bir yerdə qalırdı ki, bizi xəstəlikdən qurusun. İlk gündən ayıq davrandı, Özünü bizdən ayırmadı”.

- Nə ilə məşğul olursunuz? Darıxmırsınız ki?

Elmira Məhərrəmova: “Hərə bir şeylə başını qarşıdırır. Özümüz üçün yemək bişirirk, güllər əkirik, hətta həyətyanı sahəmizdə badımcan da əkmişik. Məlakə yaxşı peçenyelər, şirniyyatlar bişirir”. 

Məlakə Quluzadə (gülür): “Hə.. reklam edəcəm özümü ki, sifariş versinlər...”
Sona Rəhimbəyova: “Pandemiyadan əvvəl iki ay müddətində 5 saylı “ASAN xidmət”-də könüllülük əsasında çalışırdıq. Orda kompüteri öyrəndik. Sorğu keçirirdik, çekləri yığırdıq, hər bir işə kömək edirdik. Çox maraqlı idi bizim üçün. İndi yenə də aparsaydılar məmuniyyətlə gedərdik. “ASAN Xidmətdə bizə çox hörmətlə yanaşırdılar. Ordan ayrılandan sonra da qızlar bizə tez-tez zəng edirdilər, əhal-ruhəyimizlə maraqlanırdılar. İndi də zəng eləyirlər bizə..”

Məlakə Quluzadə: Baxmayaraq ki, könüllülük əsasında getmişdik, amma sonda bizim hər birimizə 100 manat mükafat verdilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bizə avtobus hədiyyə edib. Həmin avtobusla istədiyimiz yerə gedə bilirik”.

Müəssisənin digər sakini Həbib Qənbərov isə bu günlərdə özünü teatr səhnəsində sınayıb. O, türk yazıçısı Toyğun Orbayın əsəri əsasında tamaşaya qoyulan “23:59 qatarı” adlı tamaşada baş rollardan birini ifa edib: 

“İlk işim idi . Amma heç bir çətinliyim olmadı. Daha doğrusu iki gün çətinlik çəkdim. Sonra isə rejissorumuz Lalə Hadıyeva bizimlə çox yaxşı işlədi”.

Həbib Qənbərov ötən il 44 günlük Vətən Müharibəsində “Ahıllar Evi”ndə yaşananlardan da danışdı: 

“Prezidentimiz Şuşanın alınmasını elan edəndə biz qucaqlaşıb, uşaq kimi ağladıq. Hər dəfə torpaqlarımız alınanda bir yerə toplaşırdıq, əsgərlərimizə dua edirdik”.

“Ahıllar Evi”ndən sağollaşıb çıxanda sakinlər bizə söylədilər ki, daolanacağımız, sağlamlığımız baxımından gözünüz arxada qalmasın. Dövlətimiz hər şeyin qayğısına özü qalır, amma bizim yeganə istəyimiz cəmiyyətimizin bir hissəsi olaraq qalmaqdır, lazımlı olmaq, hələ fayda vermək istəyirik. Ölkəmizdə bu boyda işlər gedərkən kənarda qalmaq bizə yaraşmaz. 

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin