Ağacları kəsib yerində bina tikən şirkətə cinayət işi AÇILDI 

Hazırda oxunan: Ağacları kəsib yerində bina tikən şirkətə cinayət işi AÇILDI 

40090

Paytaxtın Nərimanov rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 

Nərimanov Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırmalarla Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 37 A ünvanda “Şirvanşahlar” MMC tərəfindən inşa edilən hündürmərtəbəli binanın tikilməsi məqsədilə həmin ərazidə ümumi dəyərləri 16 min manat olan 9 müxtəlif cinsli ağacların kəsildiyi və 3 iri gövdəli ağacın zədələnərək inkişafdan qaldığı müəyyən edilib. 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb. 

İstintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin