“Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olub.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.
İş üzrə toplanan sübutlar əsasında Rauf Hüseynov Cinayət Məcəlləsinin 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:11 / 04.10.2021
“Günay Bank”ın vəzifəli şəxsindən 54 milyonluq qanunsuz əməl – DETALLAR
Hazırda oxunan: “Günay Bank”ın vəzifəli şəxsindən 54 milyonluq qanunsuz əməl – DETALLAR
Hazırda oxunan: “Günay Bank”ın vəzifəli şəxsindən 54 milyonluq qanunsuz əməl – DETALLAR
0:00
0:00
40087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.