Daşkənddə Azərbaycan nümayəndə heyətinin Özbəkkino Milli Agentliyi ilə geniş tərkibli görüşü keçirilib.
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri, nümayəndə heyətinin rəhbəri Rüfət Həsənov və ÖzbəkKino Milli Agentliyinin baş direktorunun birinci müavini Şuhratilla Rizayev tərəfindən memorandum imzalanıb.
Memorandum özbək və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq və müştərək filmlərin çəkilməsini nəzərdə tutur. İlkin olaraq yaxın müddətdə “Molla Nəsrəddin” filminin istehsalı qərarlaşdırılıb.
Ekran əsəri Azərbaycanın Xalq artisti, rejissor Vaqif Mustafayev çəkəcək.
Xatırladaq ki, V.Mustafayev 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 04.10.2021
Bu filmi "Space"in keçmiş rəhbəri çəkəcək – Tapşırıq verildi
Hazırda oxunan: Bu filmi "Space"in keçmiş rəhbəri çəkəcək – Tapşırıq verildi
Hazırda oxunan: Bu filmi "Space"in keçmiş rəhbəri çəkəcək – Tapşırıq verildi
40040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.