Xəbər verildiyi kimi Bakıda azyaşlı qızların fahişəliyə cəlb olunması iddiası ilə bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb. Memar Əcəmi metrosunun yaxınlığında çəkilən videogörüntüdə qeyd edilən ərazidə azyaşlıların əxlaqsız işlərə cəlb olunduğu əks olunub.
Videonu çəkən şəxs yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb olunduğunu və biabırçə mənzərə olduğunu iddia edib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda azyaşlı qızlar fahişəliyə cəlb olunur? – SENSASİON VİDEO
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev sosial mediada yayılan videogörüntüdən xəbərdar olduğunu və araşdırmalara başladıqlarını bildirib.
Alçina Amilqızı, Bizim.Media