Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub, Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, Azərbaycan prezidenti Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Tərtər və Bərdə rayonlarında səfərdə oldu - FOTO
O həmçinin, Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və provaslav kilsələrində olub, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib.
Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.
Dövlətimizin başçısı Bərdə rayonuna gəlib. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib.
Səfərdən geniş reportaj oktyabrın 4-də təqdim olunacaq.
Bizim.Media