Qatarlarda gediş-gəliş pulsuz olacaq

Hazırda oxunan: Qatarlarda gediş-gəliş pulsuz olacaq

39915
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən verilən məlumata görə, Tədbirlər Planına əsasən Abşeron şəhərətrafı zonada 20 yanvarda saat 6.00-dan 23.00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək. 20 yanvar tarixdə saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

Bundan başqa, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin