Vətən Müharibəsinin 7-ci günü: 3 oktyabrda nələr baş verdi?

Hazırda oxunan: Vətən Müharibəsinin 7-ci günü: 3 oktyabrda nələr baş verdi?

39891

2020-ci il oktyabrın 3-də saat 16:30-da Müdafiə Nazirliyi Ermənistan ordusunun ağır itkilər verdiyini özündə əks etdirən videogörüntülər yayımladı.

Bizim.Media xəbər verir ki, Azərbaycan  Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqlayır.

Həmçinin dövlət başçısının verdiyi qərara əsasən, Madagizin tarixi adı olan “Suqovuşan” özünə qaytarılır.
 

MÖVZU İLƏ BAĞLI:

Suqovuşanın azad edilməsindən bir il ötür


Azərbaycan Ordusu həmin gün ərzində həmçinin Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini işğaldan azad edib.

Bundan əlavə, Müdafiə Nazirliyi Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankının məhv edildiyini, 3 tankın isə qənimət götürüldüyünü açıqladı.

Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edildi.

Düşməni isə qarşıda lərzəyə salacaq daha 37 gün gözləyirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin