Rəşad Nəbiyev elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında - FOTO

Hazırda oxunan: Rəşad Nəbiyev elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında - FOTO

39868

Dünyanın 50-dən çox ölkəsinin qatıldığı elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sı virtual formatda təşkil olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

“Dəyirmi masa” cəmiyyətdə Elm və Texnologiya (STS) Forumunun yüksək səviyyəli iclası hesab olunur. 

Elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında iştirak edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizədə istifadə edilmiş yeni texnologiyalar, yaradılan rəqəmsal platformalar haqqında danışıb:

“Bu həllər virtual tibb, virtual tədris, videokonfrans sistemi və karantin rejimi dövründə insanların evlərini tərk etmələrinə icazə verən xüsusi elektron platformanı əhatə edir”. 

Qeyd olunub ki, ancaq bu gün ölkələr beynəlxalq əməkdaşlığa qapılarını açmadan heç bir sahədə əsl sıçrayış əldə edə bilməzlər.
 

Azərbaycan, böyük transmilli şirkətlərin yalnız infrastruktura deyil, insan kapitalına sərmayə qoyma, xüsusən də ölkədə istedadların inkişafı üçün tədqiqat laboratoriyaları qurma modelini alqışlayır. 


“Azərbaycanda hökumət, iqtisadiyyat və cəmiyyətin rəqəmsal transformasiyası strateji bir zərurətdir, modernləşmə və inkişafın hərəkətverici qüvvələrindən biridir”, - deyə “dəyirmi masa”da vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin