Bakıda külli miqdarda mənşəyi bilinməyən ət aşkarlandı 

Hazırda oxunan: Bakıda külli miqdarda mənşəyi bilinməyən ət aşkarlandı 

39828

Bakının "8-ci km bazarı"nda mənşəyi məlum olmayan külli miqdarda ət aşkarlanıb. 

Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Məlumata görə, Bakı şəhəri, Nizami rayonu, "8-ci km Ticarət Mərkəzi" ASC nəzdində fəaliyyət göstərən fiziki şəxslər Təhməzov Bəhruz Bəhrəm oğlu Həsənov Elçin Orucəli oğluna məxsus ət və ət məhsullarının satışı sahəsinə baxış keçirilib. 

Baxış zamanı baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 280 kq mənşəyi məlum olmayan ət aşkarlanıb. 

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. 

Aşkar olunmuş faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin