Qadın ÖLÜMLƏRİ – “Daha ağır faciələr gözlənilir” - HƏYACAN TƏBİLİ

Hazırda oxunan: Qadın ÖLÜMLƏRİ – “Daha ağır faciələr gözlənilir” - HƏYACAN TƏBİLİ

39788

Son zamanlar qadın qətlləri və məişət zorakılığı ilə bağlı durum daha da kritikləşib. Artıq qətl törədənlər arasında sıravi insanlardan çox vəzifəli şəxsləri, cəmiyyətə öz xidmətləri və davranışları ilə örnək ola biləcək şəxsləri də görmək mümkündür.

Bu günlərdə Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı qadın ölümləri, məişət zorakılığı ilə bağlı məsələyə yenidən toxunulub.

Millət vkili Fazil Mustafa sözügedən məsələ ilə bağlı qanuna yenidən baxılmasnın və cəzanın sərtləşdirilməsinin, profilaktik tədbirlərin artırılması məsələsinə yer verilməsinin vacibliyini vurğulayıb.

Bir sözlə aktuallığını qoruyub saxlayan qadın qətllərinin qarşısının alınmas ilə bağlı həyəcan təbili çalınıb.

Bizim.Media-ya mövzu ilə bağlı danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova  deputatın təklifini dəstəkləsə də, paralel və işlərin əlaqəli şəkildə aparılmasını daha vacib sayır:

“Məişət zorakılığı fərqli bir fenomendir. Burada çeviklik və resursların bol olması mütləqdir. Təkcə cəzanın artması məsələni həll etməyəcək. Xidmət paketlərini çoxaltmaq, təcavüzü törədənlərlə bağlı alternativ cəzalar düşünmək lazımdır. Uşaqlarla bağlı operativlik olmalıdır. Zorakılıq olan ailələrdən uşaqların uzaqlaşdırılması və vəziyyətin qiymətəndirilməsinə qədər sığınacaqda qalmasını vaxtında təmin etmk gərəkdir. Resurslarla bağlı polislərə məlumat verilməlidir. Bəlkə də polislərin çoxunun sığınacaqlardan xəbəri yoxdur. Polis şöbələrinin hər birində bu resurslarla bağlı məlumatlar yer almalıdır. Cəzanın artırılması təqdirəlayiqdir. Amma bu, zəncirin bir həlqəsidir. O zəncirin hansısa bir həlqəsi zəif oldusa, istər ən ağır cəza verilsin, problemin tam həlli deyil”.

Mehriban Zeynalova hesab edir ki, “Məişət zorakılığı” haqqında qanunvericilik dəyişdirilməlidir:
 

“Bu qanun sadəcə olaraq sənəddir. Nazirlər Kabinetinin mövcud qərarları yeniləşməlidir. Xidmət paketləri təklif olunmalıdır. Həmçinin QHT-lərin fəaliyətini aktivləşdirmək lazımdır. Bu gün qətllər uşaqların gözü qarşısında baş verir.


Bu günlərdə baş verən olayda əgər qadın əvvəlcədən bilsəydi, yaxud ona məlumat verilsəydi ki, uşaqları ilə birgə sığınacağa yerləşdirilməlidir, ehtimal ki, bu faciə yaşanmazdı. Belə məsələlərlə bağlı sosial işçilər polislərlə, qurumlar isə ayrı-ayrılıqda deyil, əlaqəli işləməlidirlər. Məlumat daxil olan kimi bir-birlərinə ötürməlidirlər. Bu prinsiplərə əməl olunmasa, qurumlar arasında rabitə olmasa, daha ağır faciələrin şahidi olacağıq”, - deyə hüquq müdiəçisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin