Direktor 67 müəllimi işdən çıxarıb? – Rəsmi açıqlama 

Hazırda oxunan: Direktor 67 müəllimi işdən çıxarıb? – Rəsmi açıqlama 

39786

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollec 67 müəlliminin işdən çıxarılması ilə bağlı yayılan məlumat haqda açıqlama verib.  

Bizim.Media xəbər verir ki, Kollecin tədris işləri üzrə direktor müavini Kamran Məsimov “Qafqazinfo”ya bildirib ki, yayılan məlumat doğru deyil: 

“Təhsil müəssisəsində 67 müəllimin işdən çıxarılması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Sözügedən təhsil müəssisəsində bununla bağlı bir sıra təşkilati dəyişikliklər həyata keçirilməkdədir.  

Bu dəyişikliklər nəticəsində Kollecin işinin daha səmərəli və optimal qaydada təşkili məqsədilə bir sıra struktur bölmələri yenidən təşkil olunur və bu bölmələrdə çalışan müəllimlərə dərs saatları təklif edilir”. 

K. Məsimovun sözlərinə görə, bundan əvvəl cəmi 1400 tələbəsi olan təhsil müəssisəsində dərs deyən müəllimlərin sayı 320 nəfər təşkil edib. 

Xatırladaq ki, iddiaya görə, çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21-i orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri kollecin direktoru Nərmin Qaralovanın verdiyi deyilirdi. İşlərini itirən müəllimlərin bu qərarın heç bir qanuna söykənmədiyini əsas gətirərək, hüquqlarının müdafiəsi üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsman Aparatına rəsmi müraciət etdiyi bildirilirdi. 

Qeyd edək ki, N. Qaralovanın keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin