Şəhid Yüksəl Əlizadənin SƏSYAZISI: “Adını Yüksəl qoyarsınız” - FOTO

Hazırda oxunan: Şəhid Yüksəl Əlizadənin SƏSYAZISI: “Adını Yüksəl qoyarsınız” - FOTO

39708

1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı  günündə Vətən Müharibəsi şəhidi, prokurorluq orqanında çalışmış 25 yaşlı Yüksəl Əlizadəni xatırlayacağıq.

Qardaşı Aqil danışır ki, Yüksəl Gəncə şəhər prokurorluğunda aparıcı mütəxəssis vəzifəsində çalışırdı.

O, hələ 2020-ci il iyul ayında baş verən Tovuz hadisələri zamanından çox narahat idi,cəbhəyə getmək istəyirdi. Bu məqsədlə Yüksəl  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər şöbəsinə ərizə yazdı və səfərbərlik xəttilə sentyabrın 21-də təlimlərə qatıldı.

Xatırladaq ki, Yüksəlin qardaşı  Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində prokuror, digər qardaşı isə hüquq mühafizə orqanlarında çalışır.  

Vətən Müharibəsi başlayanda könüllü döyüşlərə qoşulan Yüksəl öz vətənpərvərliyi ilə "vəzifəlilərin övladları heç vaxt cəbhəyə getmir” mifini öz hərəkətləri ilə alt-üst etdi. O, sübut etdi ki, Vətəni sevmək heç də  vəzifədən,  varlı- kasıb olmaqdan deyil.

Qardaşı bildirir ki, Yüksəl ali təhsilini tarix fakultəsində alıb. O, Gəncə şəhər prokurorluğunda çalışa-çalışa təhsilini Naxçıvan Dövlət Universitetində hüquq fakultəsində davam etdirirdi.

Yüksəlin vəsiyyəti...

Yüksəl şəhid olmamışdan bir müddət əvvəl qardaşı Aqilin oğul atası olacağını eşidib. "Adını Yüksəl  qoyarsınız. Zarafatsız, mənim adım yaddaqalan, gözəl addır", - deyib. Əizadələr ailəsində indi 10 aylıq Yüksəl böyüyür.

Yüksəl Əlizadə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" medallarılə  təltif edilib. 

Baş prokuror Kamran Əliyev şəhid prokurorluq işçilərinin ailələrilə görüş zamanı şəhid Yüksəl Əlizadəni "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının “Yubiley medalı" ilə təltif edib. Medal şəhidin qardaşı Aqilə təqdim olunub.

Həmin səs yazısını təqdim edirik:

Aytəkin Alxaslı, Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin