Son vaxtlar koronavirus (COVID-19) pandemiyası səbəbindən, o cümlədən ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən bəzi məhdudiyyətlər nəticəsində Bakı şəhərində avtomobilləşmə səviyyəsi və şəxsi minik avtomobillərindən istifadənin artması müşahidə edilir.
Bizim.Media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) bunun onsuz da dolu olan Bakı küçələrində pik saatlarda tıxacların yaranmasına səbəb olduğunu bildirib.
Qeyd olunub ki, sıxlıq halları paytaxtda müşahidə edilən yağıntılı hava şəraitilə də əlaqədardır.
Müxtəlif ərazilərdə yaranan lokal subasma halları süni sıxlıq və tıxac halları ilə nəticələnib. Tıxacın yaranmasına səbəb olan bir sıra digər amillərin də olduğu diqqətə çatdırılıb. Xüsusən də mərkəzi küçələrdə yolayırıcını keçmə qaydaları-sarı kəsişmə toru nişanlanmasının tələbləri pozulur.
Digər bir amil qanunsuz parklanmalardır ki, Agentlik tərəfindən buna qarşı ciddi mübarizə tədbirləri aparılır.
Xüsusən də, avtobus dayanacaqlarının digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi sıxlıqların yaranmasına səbəb olur.
Səbəblər sırasında qeyri-formal sərnişindaşımalar da qeyd olunmalıdır. Bu cür fəaliyyətlə məşğul olan sürücülər avtomobillərini əsasən avtobus dayanacaq məntəqələrində, ikinci hərəkət zolağında, kəsişmələrdə və digər qadağan olunan yerlərdə park edərək ümumi nəqliyyat axınına maneə yaradırlar.
Bəzi hallarda yol infrastrukturunda olan çatışmazlıqlar, o cümlədən də butulka effektləri də sıxlıq və tıxac hallarına səbəb olur.
Bu məsələlərin hər biri diqqətdə saxlanılır, aradan aldırılması istiqamətində qısa və uzun müddətli tədbirlər icra edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:49 / 01.10.2021
Bakıda son günlərdəki tıxacın səbəbi budur - FOTO
Hazırda oxunan: Bakıda son günlərdəki tıxacın səbəbi budur - FOTO
Hazırda oxunan: Bakıda son günlərdəki tıxacın səbəbi budur - FOTO
39686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.