Həbsdə olan sabiq icra başçısının vəziyyəti PİSLƏŞDİ 

Hazırda oxunan: Həbsdə olan sabiq icra başçısının vəziyyəti PİSLƏŞDİ 

39642

Koronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni nəfəs aparatına qoşulub. 

Bizim.Media xəbər verir ki, bu barədə M.Quliyevin vəkili Leyla Məmmədova deyib. 

O xatırladıb ki, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan sabiq icra başçısı hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. 

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin