Özünü nazirlik işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU 

Hazırda oxunan: Özünü nazirlik işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU 

39635

Özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların pullarını mənimsəyən İlyas Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İ.Mikayılov 10 il müddət azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, İ. Mikayılov özünü ETSN-in əməkdaşı, həmçinin nazirliyin Xırdalan şöbəsinin müdiri kimi təqdim edərək insanları aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib.

Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin