Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin bu ilin sentyabrın 3-də imzaladığı sərəncama əsasən, 2003-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1986-2002-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması oktyabrın 30-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:21 / 01.10.2021
Azərbaycanda hərbi xidmətə növbəti çağırış BAŞLADI
Hazırda oxunan: Azərbaycanda hərbi xidmətə növbəti çağırış BAŞLADI
Hazırda oxunan: Azərbaycanda hərbi xidmətə növbəti çağırış BAŞLADI
39605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.