Polis arvadına 15 dəfə atəş açıb, uşaqları da bölmədə olub - TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: Polis arvadına 15 dəfə atəş açıb, uşaqları da bölmədə olub - TƏFƏRRÜAT - VİDEO

0:00
0:00
39602

Dünən səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı ondan şikayət üçün 24-cü Polis Şöbəsinə gedən həyat yoldaşı Xanım Məmmədovanı xidməti silahı ilə güllələyərək öldürdüyü barədə xəbər vermişdik. 

Bizim.Media-nın məlumatına görə, polisin həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirərkən azyaşlı övladlarının (cütlüyün 2 övladı olub, böyüyü birinci sinfə gedir) da yanında olduğu bəlli olub.  

ATV telekanalında yayımlanan sujetdə azyaşlıların bölmədə olmasını təsdiqləyən görüntülər efirə gedib. 

İsmayılın həyat yoldaşı Xanıma 15 dəfə atəş açdığı qeyd olunub. 

Xatırladaq ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin