Polis arvadının şöbəyə gəldiyini haradan bilib? - Mehriban Zeynalova

Hazırda oxunan: Polis arvadının şöbəyə gəldiyini haradan bilib? - Mehriban Zeynalova

39585

Bu gün səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı ondan şikayət üçün 24-cü Polis Şöbəsinə gedən həyat yoldaşı Xanım Məmmədovanın orada olması barədə məlumat alıb.

Daha sonra İsmayıl Məmmədov həmin şöbəyə gələrək arvadını xidməti silahı ilə güllələyərək öldürüb.

Bizim.Media xəbər verir ki, hadisədən sonra sosial şəbəkələrdə ictimai şəxslər və fəallar polisin daxili işlər orqanlarına müraciət edən vətəndaşın təhlükəsizliyini və gizliliyini qorumadığını bildiriblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Arvadını güllələyib öldürən polis görün kimin oğlu imiş – İşə atasına görə götürülüb? 


"Təmiz Dünya - Qadınlara İctimai Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu məsələyə etiraz edib. Mövzu ilə bağlı feysbukda paylaşım edən sədr, hüquq-mühafizə orqanlarına və cəmiyyətə bəzi suallar ünvanlayıb:

"Polis əməkdaşının həyat yoldaşının 24-cü polis şöbəsinə şikayəti barədə şöbədən ona kim xəbər verib? Məxfilik niyə qorunmayıb? Təhqiqat zamanı xəbər verən aşkarlanacaqmı və məsuliyyətə cəlb ediləcəkmi?"

M.Zeynalova əlavə edib ki, məişət zorakılığı üzrə çalışan qurumlar məxfilik müqaviləsinə imza atması, yaxud ayrıca maddənin qəbul olunması ehtiyacı kəskin şəkildə özünü göstərir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, hazırda bu məsələlərlə bağlı suallara cavab vermək olmaz:

"İndi istintaq aparılır, buna görə də əlavə məlumat vermək olmaz. Təfərrüatlar istintaq hərəkətləri ilə araşdırılır".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin