Nazirlər Kabineti “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”nda dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immun səviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən qurumlar sırasına Səhiyyə Nazirliyi də əlavə olunub.
MÖVZU İLƏ BAĞLI:
Səhiyyə Nazirliyi və TƏBİB-dən vaksinasiya ilə bağlı vacib AÇIQLAMA – Bu gündən etibarən...
Beləliklə, Müdafiə, Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılacaq.
Bizim.Media