Zığdakı Modul Tipli Hospitalın baş həkiminin məhkəməsi başladı

Hazırda oxunan: Zığdakı Modul Tipli Hospitalın baş həkiminin məhkəməsi başladı

39571

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, R.Vəlizadə hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olub. Q.Orucov və T.İmanlı isə hospitalda qeydiyyatçı işləyiblər.

Həbsdə olan təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istənilib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı 


T.İmanlının vəkili vəsatətində müdafiə etdiyi şəxs barəsində cinayət təqibinə xitam verilməsini istəyib.

T.İmanlı məhkəməyə müraciət edərək istintaqda şok vəziyyətində olduğunu, həmin vəziyyətdə ifadə verən zaman düzgün fikirlər bildirmədiyini söyləyib. O, istintaq ifadəsindən imtina edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Baxış iclası oktyabrın 7-nə təyin edilib.

İş üzrə toplanan sübutlar əsasında İ.Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin