Təyyarələrdə hermetiklik niyə pozulur?

Hazırda oxunan: Təyyarələrdə hermetiklik niyə pozulur?

39571
Yanvarın 6-da London-Sinqapur reysi ilə uçuş həyata keçirən AİRBUS 380 təyyarəsi Bakıda qəza enişi etmişdi. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli mətbuata açıqlamasında qəza enişinə səbəb təyyarənin salonunun hermetikliyinin pozulması olduğunu bildirmişdi.

“The Evening Standart” qəzetinin, BBC dünya xidmətinin və digər Britaniya KİV-lərinin bu insident barədəki xəbərlərində deyilirdi ki, söhbət heç də xırda texniki nasazlıqdan getmir və nəhəng layner qəzaya uğramaqdan son anda xilas ola bilib.

Bəs hermetikliyin pozulması nədir? Bu pozulma hansı hallarda baş verir? 

Bununla bağlı AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev “Yeni Müsavat”a bəzi maraqlı açıqlamalar verib. O, hava gəmilərində hermetikliyin pozulmasının ağır fəsadlar yaratdığını deyib: “Hermetikliyin pozulması çox təhlükəli bir haldır. Az hündürlükdə təyyarə yerə eniş edibsə, bu, yaxşı haldır. Ancaq bu pozulma təyyarə çox yüksəklikdə olarkən baş verərsə, ciddi fəsadlara gətirib çıxara bilər. Pozulmalara təyyarənin qapısının, pəncərəsinin açıq qalması səbəb ola bilər. Ya da kənar müdaxilə - məsələn, təyyarəyə atəş açıla bilər. Bu halda təyyarənin gövdəsi deşildikdə bu sistem pozulur. Bu halda elə bil ki, təyyarənin içində ciddi şəkildə təzyiq aşağı düşür. Məsələn, 9-10 min metr yüksəklikdə təzyiq mənfidir, ancaq təyyarənin içində təzyiq müsbət olmalıdır. Təyyarələrdə hermetik sistem pozulduqda ciddi fəsadlar olur, hətta hava gəmisi qəzaya uğraya bilər.”

Xatırladaq ki, 2013-cü ilin iyul ayında AZAL-a məxsus təyyarələrdən birində də hermetiklik pozulmuşdu. Göyərtəsində Azərbaycan mətbuatının tanınmış simalarının da olduğu hava gəmisinin arxa qapısı yaxşı bağlanmadığı üçün hermetiklik pozulmuşdu. Bu səbəbdən də kapitan 45 dəqiqəlik uçuşdan sonra təyyarəni Bakı aeroportunda yerə endirməyə məcbur olmuşdu. Həmin vaxt redaktorlar və təyyarənin digər sərnişinləri ciddi sarsıntı keçirmişdilər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin