BNA avtomobil yollarına peykdən baxacaq

Hazırda oxunan: BNA avtomobil yollarına peykdən baxacaq

39558

Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") və Bakı Nəqliyyat Agentliyi (BNA) arasında "Azersky" aşağıorbitli peykdən əldə olunan təsvirlərin istifadəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərkosmos"dan məlumat verilib. Memoranduma əsasən, adıçəkilən qurumlar yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsi, milli məkan məlumatlarının formalaşdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası, eləcə də Coğrafi İnformasiya Sistemlərinə dair proqram təminatları üzrə birgə təlimlərin təşkili barədə razılığa gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 4-cü peykini istifadəyə verəcək?


Həmçinin, "Azərkosmos" və BNA-nın "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC arasında kommersiya müqaviləsi də imzalanıb.

Müqaviləyə uyğun olaraq, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat infrastrukturunun optimallaşdırılması istiqamətində həyata keçiriləcək layihələrə də Yer müşahidəsi peykinin imkanlarından istifadə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin