Mübariz Mənsimov Metris həbsxanasında (FOTO)

Hazırda oxunan: Mübariz Mənsimov Metris həbsxanasında (FOTO)

39554
Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov keçmiş daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülərlə görüşüb. 
Moderator.az-ın  Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mənsimov Metris həbsxanasında yatan, ailə dostu olan Barışla görüşmək üçün Bakırköy ədliyyəsinin baş prokuroru Hadi Salihoğlundan icazə alıb. 

Qeyd edək ki, Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar da dekabrın 17-də həyata keçirilən "Böyük rüşvət əmliyyatı" zamanı həbs olunan keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kağan Çağlayanla Metris həbsxanasında görüşüb. Mübariz Mənsimovla Ağarın Ədliyyəyə "Palmali"yə məxsus iki maşınla getdiyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin