Vətən savaşının 4-cü günündə şəhid olan TAR MÜƏLLİMİ - FOTO

Hazırda oxunan: Vətən savaşının 4-cü günündə şəhid olan TAR MÜƏLLİMİ - FOTO

39528

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə könüllü yollananlar sırasında vaxtilə Uşaq incəsənət məktəbinin müəllimi olmuş şəhid Rauf İlyas oğlu Əliyev də var. Bu gün qəhrəmanımızın şəhidlik zirvəsinə çatmasının ildönümüdür. 

Bizim.Media Rauf Əliyevin şərəfli ömür və döyüş yolunu xatırladır. 
 

MÖVZU İLƏ BAĞLI:

II Qarabağ Müharibəsinin ilk gününün 8 ŞƏHİDİ – Onları siz də TANIYIN - ÖZƏL -FOTO


Rauf İlyas oğlu Əliyev 1993-cü ilin 11 fevralında Şamaxı şəhərində anadan olub. Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecini tar ixtisası üzrə bitirib. 2012-2014-cü illərdə ordu sıralarında xidmət edib.

2015-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbində tar müəllimi işləyirdi. 

Qəhrəmanımız Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 30-da Talış yüksəkliyi istiqamətində şəhid olub.

Rauf Əliyev doğulub boya-başa çatdığı Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda" və 29.12.2020-ci il tarixli Sərəncamla isə ölümündən sonra "Laçının azad olunmasına görə" medallarıı ilə təltif edilib. 

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin