Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov "Facebook” səhifəsində paylaşım edib.
Vəkil bildirib ki, sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində bir aylıq həbs qərarı çıxarılıb.
O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.
E.Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.
Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu "ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:03 / 30.09.2021
Elza Seyidcahanı döyən iş adamı HƏBS EDİLDİ - FOTO
Hazırda oxunan: Elza Seyidcahanı döyən iş adamı HƏBS EDİLDİ - FOTO
Hazırda oxunan: Elza Seyidcahanı döyən iş adamı HƏBS EDİLDİ - FOTO
0:00
0:00
39489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.