Bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.
Bizim.Media xəbər verir ki, Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova BAKU.TV-yə baş verənlərlə bağlı danışıb.
“Biz onların ailəsinə qarışmamışıq. Sadəcə eşitmişik ki, evi yaxşı dolandırır, sadəcə qısqancdır. Bacım qızının heç telefon nömrəsini də bilməmişəm. Övladları var idi, biri oğlan, biri qız. Anası hələ də xəbərsizdir. Çox heyif o qızdan”, - deyə Nəsibə Məmmədova bildirib.
Qeyd edək ki, İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:26 / 30.09.2021
Polisin güllələdiyi qadının xalası DANIŞDI – “Eşitmişik ki...” - VİDEO
Hazırda oxunan: Polisin güllələdiyi qadının xalası DANIŞDI – “Eşitmişik ki...” - VİDEO
Hazırda oxunan: Polisin güllələdiyi qadının xalası DANIŞDI – “Eşitmişik ki...” - VİDEO
39477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.