Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb.
“YAŞAT” Fondundan Bizim.Media-ya verilən məlumata görə, ağır yaralanan və müalicə üçün Fond tərəfindən Türkiyəyə göndərilən İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu, Əmənli Nurlan Şirzad oğlu sağalaraq Vətənə geri dönüb:
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:31 / 30.09.2021
Türkiyədə müalicə alan daha 3 qazi sağalaraq Azərbaycana qayıtdı - FOTO
Hazırda oxunan: Türkiyədə müalicə alan daha 3 qazi sağalaraq Azərbaycana qayıtdı - FOTO
Hazırda oxunan: Türkiyədə müalicə alan daha 3 qazi sağalaraq Azərbaycana qayıtdı - FOTO
39465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.