Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin hərbi istehkamçılarının Azərbaycana gəlməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb:
"Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək''.
''Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk".
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2020/11/30/1606757163_4663949.jpg)
- A-
- A
- A+
Cəmiyyət
21:22 / 30.11.2020
Müdafiə Nazirliyindən Türkiyəyə təşəkkür
Hazırda oxunan: Müdafiə Nazirliyindən Türkiyəyə təşəkkür
Hazırda oxunan: Müdafiə Nazirliyindən Türkiyəyə təşəkkür
3946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.