Ad günündə şəhid olan Şuşa fatehi: “Sevmə... Bir gün şəhid olub xəyallarını yıxaram” – FOTO

Hazırda oxunan: Ad günündə şəhid olan Şuşa fatehi: “Sevmə... Bir gün şəhid olub xəyallarını yıxaram” – FOTO

39449

Öz doğum günündə şəhid olan Azərbaycan əsgəri, Şuşa fatehi Xəyyam Əzizovun illər əvvəl sosial şəbəkədə yazdığı statusu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, onun 2014-cü ildə paylaşdığı postda nə vaxtsa şəhid olacağı barədə fikirlər qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

II Qarabağ Müharibəsinin ilk gününün 8 ŞƏHİDİ – Onları siz də TANIYIN - ÖZƏL -FOTO


“Sevmə, qızım, mən kursantam. Mən toz – torpaq qoxaram. Əlini vermə mənə silah kimi sıxaram. Bir gün şəhid olub xəyallarını yıxaram”, - deyə şəhid Xəyyam Əzizov yazıb.

Xəyyam Əzizov Azərbaycan ordusunun baş leytenantı idi. O, 1995-ci ilin 8 noyabrında Neftçala rayonunda anadan olub.  

O, 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyyam Əzizov noyabrın 6 da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanıb lakin döyüş bölgəsindən təxliyyə edilməsinə razı olmayaraq sona kimi mübarizəni davam etdirib.

Xəyyam Noyabrın 8-də Şuşanın azadlığı uğrunda gedən döyüş zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallar və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Bizim.Media










 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin