MTN İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov bu gün müvəkkili ilə görüşüb.
Moderator.az-a açıqlama verən vəkilin sözlərinə görə, Pərvizin işi ilə bağlı hələ də heç bir istintaq hərəkəti aparılmır.
“Pərvizin əhval-ruhiyyəsi çox pisdi. O, ailəsi yaşadığı yerə gələn maskalı şəxsin müəyyən olunmasını və məsuliyyətə cəlb olunmasını istəyir.”
Vəkilin sözlərinə görə, Pərvizin kamerasında axtarış aparılıb:
Pərviz Həşimlinin kamerasında axtarış aparılıb və onun əlyazmaları götürülüb. Jurnalist artıq 4 aya yaxın müddətdir ki, təcridxanada saxlanılmasına baxmayaraq hələ də heç bir istintaq hərəkəti aparılmır.”
Xəyal Əzizov
































































































